Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan folkloru-xalqımızın ruhundan süzülən mədəniyyətdir”adlı söhbət təşkil edilib

19.07.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 18.07.22-ci il tarixində “Azərbaycan folkloru-xalqımızın ruhundan süzülən mədəniyyətdir”adlı söhbət təşkil edildi. Azərbacan folkloruna həsr edilmiş bu dəfəki söhbətdə uşaq xalq oyunlarından bəhs  edildi. Söhbəti şöbənin müdiri Ellada Rəhimova apararaq bldirdi ki, xalqımızın zəngin, özünəməxsus və maraqlı folklor nümunələrindən biri də xalq oyunlarıdır. Tarixi çox qədimlərə gedən, xalqın müxtəlif dövrlərdə adət-ənənələrini, etnoqrafiyasını özündə yaşadan bu oyunlar nəsildən-nəsilə keçərək bu günümüzədək gəlib çatmışdır. Xalq oyunları mövzu, məzmun, yaranma yolu və formaları baxımından da çox zəngin və rəngarəngdir. Xalq oyunlarında yüksək, humanist insani duyğular: şəri cəzalandırmaq, yaxşıları qorumaq, onlara dayaq durmaq və s. bu kimi müsbət keyfiyyətlər aşılanır. Həmçinin oyun zamanı uşaqlar iradəni, dözümü, əzmi nümayiş etdirir, birincilik əldə etmə istəyi ilə qələbəyə can atır. Belə oyunlardan Qaçdı-tutdu”, “Top al qaç”,”Bənövşə”, “Qazlar”,Gizlənqaç, “Əl üstə kimin əli”, “Evcik-evcik”, “Gözbağlayıcı”,”Yeddi daş”və s. bir çox nümunələr göstərmək olar. Tədbirdə uşaqlar folklorşünas Bəhlul Abdullanın 77 xalq uşaq oyunundan bəhs edən “Azərbaycan xalq uşaq oyunları” kitabı ilədə tanış oldular. Sonra məktəblilər iki hissəyə bölünərək kitabxananın həyətində cöx böyük həvəs və sevinclə ”Bənövşə”  və “Qazlar” oyununu nümayiş etdilər. Sonda qalib komandaya hədiyyələr təqdim olundu. Tədbirdə eləcədə uşaqlarla birlikdə kitabxanaya gələn valideynlər milli oyunlarımızın təbliği üçün öz minnətdarlıqlarını bildirdilər.

 

164 KB