Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir keçirilib.

18.07.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Mərkəzin direktoru Faiqə Ağayeva qonaqlara bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb: “Anadan olmasının 190 illik yubileyi qeyd olunan Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xan qızı Xurşidbanu Natəvan zəngin mənəviyyatı, kübarlığı, əxlaqı, humanist yanaşması və xeyirxahlığı ilə insanların qəlbində böyük ehtiram və məhəbbət məbədi ucaldıb”. Şairənin yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verən Mərkəzin direktoru Xurşidbanu Natəvanın ədəbi yaradıcılığı, gördüyü xeyriyyə işləri ilə yadda qaldığını qeyd edib.

Tədbirin sonunda Xurşidbanu Natəvanın həyatından bəhs edən film izlənilib.

 

94.7 KB