13.05.2018
Mütaliə - təkcə cəmiyyətin deyil, həm də cəmiyyətin öz gələcəyinə olan münasibətinin indikatorudur. Təəssüf ki, müasir dünyada kitabın dəyəri və mütaliə nəzərə çarpacaq dərəcədə aşağı düşmüşdür. Son vaxtlar kitabxanalarda mütaliəyə dəstək olmaq məqsədilə müxtəlif layihələr keçirilir. MKS - nin 7 saylı kitabxana filialı da “ Birgə mütaliə edirik ” layihəsinə qoşularaq hər həftə tədbirlər keçirir. Tarixi romanlar dünyada çox maraqla oxunan əsərlər sırasında durur. Elə kitabsevər tapılmaz ki, tarixi romanları mütaliə etməkdən yan qaça. Məlumdur ki, tariximiz və tarixi şəxsiyyətlərimiz haqqında ətraflı bilgiləri tarixi kitablardan öyrənirik. Bu məqsədlə biz 13.05.18 – il tarixdə “ Tarixi romanlarımız ” adlı sərgi təşkil etdik. Tədbiri kitabxananın müdiri Natella Hacıyeva aparırdı. Sərgidə Azərbaycan tarixi roman janrının maraqlı nümunələri sayılan M.S.Ordubadi “Dumanlı Təbriz”, “ Qılınc və qələm ”; Y.V.Çəmənzəminli “İki od arasında”; İ.Hüseynov “ Məhşər ”; Ə.Cəfərzadə “ Bakı -1501 ”; F.Kərimzadə “ Xudafərin körpüsü ”; Elçin “ Ölüm hökmü ” və.s romanlar sərgilənmişdi. Tədbirin sonunda Natella xanım bildirdi ki, müasir tarixi romanların təbliğatına da böyük ehtiyac var, çünki bu romanlar bizi tariximizə yenidən qaytarır və oxucularda azərbaycançılıq ideologiyasını formalaşdırır.