18.07.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Səyyar şöbəsi 18.07.2022-ci il tarixdə Gəncə şəhər 22 nömrəli Körpələr evi-uşaq bağçasında "Uşaqları sevindirək" adlı növbəti tədbir keçirdi.Nağılın əsas məqsədi şifahi xalq ədəbiyyatımızı yaşatmaq, təbliğ etmək və uşaqların nitq və təfəkkürünü inkişaf elətdirməkdir. Səyyar şöbəninin böyük kitabxanaçısı Sevinc Ağazadə uşaqlara Şarl Perronun "Çəkməli pişik" , "Qarışqa və göyərçin" nağılını ifadəli şəkildə oxudu. Nağılı maraqla dinləyən uşaqlar nağıl haqqında öz fikirlərini məntilərinə uyğun şəkildə ifadə etdilər. Nağıldakı şəkillər uşaqların marağ dairəsini əhatə etdi və həmçinin nağıl saatı uşaqların sevincinə səbəb oldu.