Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mənim sevimli nağıllarım” başlığı altında rəsm saatı keçirilib

18.07.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı məktəblilərin yay tətili günlərinin səmərəli keçirilməsi və kitabxanaya cəlb edilməsi məqsədilə “Mənim sevimli nağıllarım” başlığı altında rəsm saatı keçirtdi. Tədbiri 15 saylı filialın müdir əvəzi Şəhla İlyasova apardı. Qeyd etdi ki, bu günki tədbirimizin bir neçə məqsədi var, ən əsası siz məktəblilərin yay tətili günlərinin səmərəli keçirilməsinə çalışmaqdır. Sonra məktəblilərin hansı nağılları sevdiklərini, hansı cizgi filmi izlədikləri haqqında onlarla sual-cavab etdi. Onların fikrini öyrəndi. Və tədbir iştirakçılarına təqdim olunan vatman kağızlarında onların sevimli nağıl qəhrəmanlarının, cizgi film personajlarının şəklini çəkməyi tapşırdı. Məktəblilər həvəslə işə başladılar. Rəngli qələmlərlə, bir neçə məktəbli isə sulu boya ilə sevimli nağıl obrazlarının əksini çəkdilər. Xoş əhval-ruhiyyə ilə keçən rəsm saatının sonunda tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdirdilər.

        

 

658.9 KB

 

724.3 KB