18.07.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 1 saylı kitabxana filialında yay mövsümi ilə bağlı oxucularımızın asudə vaxtlarının səmərəli keçirilməsi üçün11.07.2022 ci il tarixindən13.07.2022 il tarixinə kimi “Gəlin kitab oxuyaq”başlığı altında açıq havada kitab sərgisi təşkil edildi.Sərgidə müxtəlif yaş quruplarından olan oxucular iştirak edirdilər. Sərgidə ümümmilli liderimiz Heydər Əliyevlə bağlı,, dünya şöhrətli şairimiz Nizami Gəncəvi ilə bağlı, Tariximiz və şəhidlərimizlə bağlı, Dinim və dilimimizlə, incəsənətimizlə bağlı, uşaq dünyası ilə bağlı və s. kitablar nümayiş etdirildi.Tədbiri 1 saylı kitabxananın böyük kitabxanaçısı Lalə Kərimzadə apardı. Lalə Kərimzadə öz fikirlərini bu cür ifadə etdi:Kitabxana bir xəzinədir, kitablar isə bu xəzinənin inçiləridir.Böyük alimlər, filosoflar, içtimayi xadimlər kitab haqqında həmişə yüksək fikirlər söyləmiş, onu bəşəriyyətin ən böyük kəşfi hesab etmişlər. Sərgidə yer alan həm Azərbaycan,Həm Rus, həm də xarici ədəbiyyatlar oxucularımızın marağına səbəb oldu. Oxucular kitablar,onları yazarlarla bağlı müxtəlif sualları kitabxanaçılarımıza ünvanladılar. Oxucularımızın verdiyi suallar kitabxanaçılarımız tərəfindən həvəslə və mənunluqla cavablandırıldı. “Yayməktəbi”layihəsi çərçivəsində tədbirlərin keçirilməsi oxucular tərəfindən rəğbətlə qarşıladı. Onlar uşaqların və geniş oxucu kütləsinin yay tətilinin səmərəli keçməsində göstərdikləri xidmətə görə kitabxanaçılara öz razılıqlarını biıldirirlər.Sərgidə 215 kitab nümayiş etdirildi.Sərgini təşkil etməkdə məqsədimiz oxucuların asudə vaxtlarını kitabxanaya cəlb etmək və onların kitaba marağının artırılması idi.