Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Salam-mən yeni kitabam!” adlı kitab sərgisi keçirilib

15.07.2022

15.07.2022 - ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi oxucuların kitabxanaya cəlb olunması məqsədi ilə “Salam-mən yeni kitabam!” adlı kitab sərgisi keçirdi.

Sərgidə fonda daxil olan müasir  uşaq yazıçılarının kitabları yer almışdır.

Rus xalqının nağıllarıda oxucuların marağına səbəb oldu. Kitabxanaçı Zəminə Məmmədova uşaqlara mütaliə vərdişlərinin formalaşdırılması, asudə vaxtlarının səmərəli təşkilinin vacibliyindən söhbət açdı. Bir-birindən fərqlənən rəngarəng kitablar uşaqların diqqətini daha çox cəlb etdi.

 

 

97 KB