Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ailə müqəddəsliyi”

18.05.2018

May ayının 15-i hər il ölkəmizdə Beynəlxalq ailə günü kimi qeyd edilir. Bu münasibətlə Gəncə şəhər MKS-nin 24 №li kitabxana filialı 14.05.2018-ci il tarixdə 24 №li orta məktəbin şagirdləri ilə “Ailə müqəddəsliyi” adlı tədbir keçirdi. Kitabxanaçı Sevil Əliyeva tədbir iştirakçılarına, ölkəmizdə beynəlxalq ailə gününün qeyd olunması haqqında məlumat verərək qeyd etdi ki, ailə özü kiçik dövlətdir. Onun öz qanunları, adəti, ənənəsi, yaşam tərzi, mühiti var. Dayanıqlı ailə münasibətləri zəminində dövlət qüvvətlənir, inkişaf edir, xalqın rifahı isə yüksəlir.Dövlətimiz bu gün uşaqlara və qadınlara çox böyük qayğı və diqqət göstərir. Ailələri qorumaq üçün ölkəmizdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Bu qurum uşaq və qadın hüquqlarının müdafiəsi, ailənin normal inkişafı və sağlamlığı üçün mövcüd dövlət proqramlarını təkmilləşdirir, mütəmadi maarifləndirici kampaniyalar keçirirlər.

24 N-li məktəbin müəlliməsi Dürdanə Quliyeva da Azərbaycan ailəsinə xas olan gözəl xüsusiyyətlərdən və özünün 40 illik ailə təcrübəsindən danışdı.

Tədbirdə iştirak edən məktəblilərdən bir çoxu ailədə baba və nənə ilə birgə böyük ailədə yaşadıqlarını söylədilər. Valideyinlərinin baba və nənəyə göstərdikləri qayğıdan danışdılar.Söhbət aktiv müzakirə şəraitində keçdi.