Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əsgərin könlündə taxt quran General” mövzusunda dəyirmi masa keçirilib

15.07.2022

15.07.2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxuculara Xidmət Şöbəsində Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad  Həşimovun xatirəsinə  həsr olunmuş “Əsgərin könlündə taxt quran General” mövzusunda dəyirmi masa keçirildi.Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Dəyirmi masada Xidmət şöbəsinin  müdiri  Akifə Mürəslova general-mayor  Polad  Həşimov haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.Xidmət şöbəsinin kitabxanaçısı Tamella Məhərrəmova,multimediya mütəxəssisi Məhbubə Əliyeva çıxış edərək,Polad Həşimovun şərəfli döyüş yolundan, vətəninə, xalqına sədaqətli olmağından, döyüş vaxtı qəhrəmanlıq göstərərək öz əsgərləri ilə birlikdə şəhidlik zirvəsinə ucalmasından danışdılar.Allah şəhidlərimizə rəhmət etsin.

 

268.5 KB