Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycan multikulturalizmi bu gün” adlı məlumat günü keçirilib

15.07.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 13.07.22- ci il tarixdə kitabxanalarda multikulturalizmin təbliği ilə əlaqədar " "Azərbaycan multikulturalizmi bu gün" adlı məlumat günü keçirtdi.Tədbiri kitabxananın müdiri Natella Hacıyeva aparırdı.Kitabxanaçı məlumat verərək bildirdi ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyevin tərəfindən davam və inkişaf etdirilir. 2016 - cı ilin Azərbaycanda " Multikulturalizm ili " elan olunması və bu sahədə keçirilən tədbirlər dünyaya bir mesajdır.Bildirildi ki, multikulturalizm anlayışı Azərbaycanda əsrlər boyu mövcud olub, bu gün də mövcuddur və bu gün Azərbaycanda multikulturalizm siyasəti dünyanın bir çox ölkələrinə nümunədir.Kitabxanaçı qeyd etdi ki, kitabxanalar xalqımızın multikulturalizm və tolerantlıq ənənələrini tədbirlər vasitəsilə oxuculara çatdırmalı və müxtəlif tədbir formaları vasitəsilə əhalini multikulturalizmin mahiyyəti və əhəmiyyəti haqqında məlumatlandırmalıdırlar.

 

202.3 KB