15.07.2022
13.07.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Sərkar kənd kitabxana filialı "Nağıllarla böyüyək" başlığı altında nağıl saatı keçirdi.Sərkar kənd kitabxana filialının kitabxanaçısı Sahilə Hümbətova Sərkar kənd Uşaq bağçasında yenidən qonaq oldu.Bu dəfə o,orta yaşlı qrupda görüşə yeni nağıllarla qonaq oldu.Onlara Ə.Haqverdiyevin “Ovçu Qasım?,B.Suteyevin “Miyo”eləyən kim idi?.S.Məmmədzadənin “Nənəmin nağılı”adda nağıllarını oxudu.Körpələrə nağıl personajlardan suallar verdi.