Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”14 iyul- Milli intibahının başlanğıc dövrü” mövzusunda tədbir keçirilib

15.07.2022

14 iyul 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzinin təşəbbüsü Mərkəzi Kitabxana və Şəhər Kitabxana filialının birgə təşkilatçılığı ilə "14 iyul- Milli intibahının başlanğıc dövrü" mövzusunda tədbir keçirildi. Tədbirdə ilk öncə Ulu öndər Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin elmi-işçisi Şəbnəm Əliyeva 14 iyul 1969-cu ili tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşdüyünü bildirdi. Buna görədə 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir. Mərkəzi Kitabxananın əməkdaşı Gülnar Nəcəfova, Şəhər Kitabxana filialının əməkdaşı Kəmalə İsmayılova məruzə ətrafında çıxışlarını davam etdirdilər. Sonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Goranboy rayonuna tarixi səfərlərini əks etdirən eksponatlarla tanış olundu.

 

333.2 KB

 

380.4 KB