15.07.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı “Nağıl saatı” layihəsi çərçivəsində Azərbaycan xalq nağılı “Ovçu Pirim” nağılının oxusunu və müzakirəsini keçirtdi. Tədbiri filialın kitabxanaçısı Sulaxbin-Elçi Aygün apardı. Kitabxanaçı ilk öncə Azərbaycan sehrli nağıllarının və ovçuluq rəvayətlərinin əsas obrazlarından və yarı əfsanəvi, yarı gerçək obraz kimi xarakterizə olunan Ovçu Pirim haqqında olan xalq nağılımız “Ovçu Pirim” nağılını ucadan, ifadəli şəkildə uşaqlar üçün oxudu. Uşaqlar nağılı diqqətlə dinlədilər və müəyyən suallarla kitabxanaçıya müraciət etdilər. Kitabxanaçı da onların suallarını həvəslə cavablandırdı və nağılın daha yaxşı uşaqlar tərəfindən mənimsənilməsi üçün onlarla sual-cavab etdi. Sonda uşaqlara öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.