15.07.2022
14.07.2022- ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemininin 11 saylı kitabxana filialı Şuşa ili ilə bağlı “Qarabağın döyünən ürəyi“ adlı dəyirmi masa keçirtdi.
Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açaraq bildirdi ki, Şuşa Azərbaycanın incisi, Qarabağın gözüdür, bizim qədim abidələrimiz olan, qədim dövlətçiliyimizin şəhəridir. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaş üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.
Daha sonra 11 saylı filialın müdiri Esmira Həsənova çıxış etdi. Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynamışdır. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi olaraq tanınır.
Tədbirdə həmçinin Gəncə Diyarşünaslıq Evinin metodisti Leyla Əliyeva da çıxış edərək mövzuya öz fikrini bildirdi. Dövlət başçısının da dediyi kimi, Biz 2022-ci ildə artıq Şuşa şəhərinin 270 illiyini qeyd edirik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edirik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə cənab prezident İlham Əliyev bu ili “Şuşa İli” kimi elan etmişdir”
Sonra isə mövzu ətrafında tədbirdə iştirak edənlər də öz fikirlərini bildirdi .
Tədbirdə Məhsəti Gəncəvi Mərkəzinin əməkdaşları və kitabxananın fəal oxucuları iştirak etdi.