15.07.2022
13 iyul 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Şəfəq kənd Mədəniyyət Evi və Kitabxana Filialının birgə təşkilatçılıgı ilə "Tovuz döyüşləri" nin ikinci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Keçirilən tədbirdə Şəfəq kənd Mədəniyyət evi və Kitabxana filialının kollektivi, məktəblilər iştrak etmişdir.
Tədbirdə Dövlət Himni səsləndirilmiş, torpaqlarımız uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Şəfəq kənd Mədəniyyət Evinin direktoru Samirə Kazımova qeyd etmişdir ki, 2020-ci il iyul ayında Erməni silahlı qüvvələrinin təcavüzünə cavab olaraq başlanılmış Tovuz döyüşləri xalqımızın, eləcə də ordumuzun hər bir əsgər və zabitinin Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında daha sıx birləşməsinə zəmin yaratmışdır. Bu döyüşlərdə qazanılan qələbədən sonra təcavüzkar erməni birləşmələrini hər an acı məğlubiyyətə düçar etməyə qadir olan güclü bir ordumuzun olduğuna xalqımızın inamı daha da artdı.
Bunu 44 günlük müharibədə qazanılan qalibiyyət bir daha sübut etdi.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, digər zabit və əsgərlər haqqında foto-sərgi nümayiş etdirilmiş, şagirdlər şəhidlərimizə həsr olunmuş şeir və mahnılar ifa etmişlər.