15.07.2022
14.07.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq " Heydər Əliyev və Azərbaycan " adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Samux rayon Təhsil Şöbəsinin əməkdaşı Hicran Hüseynova Mərkəzin əməkdaşları Afərin Namazova, Gülay Namazova ulu öndərin Azərbaycan siyasi həyatına gəlişi və ulu öndərin xalqın tarixində göstərdiyi xidmətlər haqqında tədbir iştirakçılarına məlumat verildi. Daha sonra ulu öndərin xalqının inkişafı üçün atdığı qəti addımlardan bəhs edən "Tarix yazan şəxsiyyət " adlı sənədli film izlənildi.