Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Cavad ömrü” adlı tədbir keçirilib

15.07.2022

13.07.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində Samux rayon Heydər Əliyev Mərkəzi və Samux rayon Təhsil Şöbəsinin birgə fəaliyyət planına uyğun olaraq Azərbaycanın böyük şairi Əhməd Cavad yaradıcılığına həsr olunmuş "Cavad ömrü" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova tədbir iştirakçılarına Azərbaycanın böyük şairi Əhməd Cavad və onun vətənə olan sonsuz sevgisindən, ruhu, canı, qanı ilə başdan ayağa Vətən qoxan fəaliyyətindən bəhs etdi. Samux rayon Təhsil Şöbəsinin əməkdaşı Hicran Hüseynova onun himnimizin sözlərinin müəllifi olmasından və yaradıcılığının digər yönlərindən danışdı. Tədbir diskussiya şəklində davam etdirildi.

 

26.8 KB