Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Tovuz döyüşləri zəfərə gedən yolun başlanğıcı” mövzusunda tədbir keçirilib

14.07.2022

13 İyul 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Tarix-diyarşünaslıq muzeyində Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar " Tovuz döyüşləri zəfərə gedən yolun başlanğıcı" mövzusunda tədbir keçirildi. Tədbirdə ilk öncə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Mərkəzi Kitabxananın xidmət şöbəsinin müdiri Səidə Abdullayeva Tovuz döyüşləri haqqında ümumi məlumat verdi. Heydər Əliyev Mərkəzinin bələdçisi Mətanət Hüseynova, Tarix-diyarşünaslıq muzeyinin fond müdiri Ulduz Bağırova məruzə ətrafında çıxışlarını davam etdirdilər.

 

236.1 KB

 

358.5 KB