Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Unudulmaz Qəhramanlar”  adlı onlayn videokonfrans keçirilib

13.07.2022

13.07.2022- ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 12-14 iyun Tovuz döyüşləri şəhidlərinə həsr olunmuş  "Unudulmaz Qəhramanlar"  adlı onlayn videokonfrans keçirildi.
Tədbirdə Samux rayon Mədəniyyət Mərkəzinin işçi kollektivi və kənd filialları iştirak etdi.Tədbiri Samux rayon​ Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif açdı. O, çıxışında​ bildirdi ki, 2020-ci ilin iyulunda baş vermiş döyüşlər Azərbaycan tarixinin şanlı səhifələrindən olan Vətən müharibəsinə aparan yolda ən mühüm mərhələlərdəndir.Bu döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə qalib gələrək torpaqlarımızı işğaldan azad etdi. Düşmənə sarsıdıcı zərbə vuran ordumuz şəhidlərimizin qanını yerdə qoymadı. Qəhrəman əsgər və zabitlərimiz onların qisasını döyüş meydanında alaraq qələbə qazandı, xalqımıza böyük sevinc və qürur hissi yaşatdılar.
   Sonra çıxış üçün söz Lək kənd Sənətkarlıq  evinin müdiri  Nəbiyev Cahangirə verildi. O, bildirdi ki, həmin günlər Azərbaycan xalqı  ayaqda idi, hər kəs döyüşmək, işğal altında olan torpaqlarımızı azad etmək üçün ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında sıx birləşdi. Düşmənə qarşı nifrət, axıdılan nahaq qanların qisasının alınması hamıda döyüşkənlik əhval-ruhiyyəsi yaratdı. Düşmən onu da gördü ki, Azərbaycan Ordusunun generalları və zabitləri öz əsgərləri ilə çiyin-çiyinə döyüşür, onları ruhlandırır və şəxsi nümunə göstərirlər. Əsgər valideynləri fəxr edirdilər ki, onların övladları Vətən, torpaq uğrunda döyüşür, düşməndən şəhidlərimizin qisasını alırlar.  Həmin günlər Azərbaycan xalqı isə ayaqda idi, hər kəs döyüşmək, işğal altında olan torpaqlarımızı azad etmək üçün ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında sıx birləşdi. Düşmənə qarşı nifrət, axıdılan nahaq qanların qisasının alınması hamıda döyüşkənlik əhval-ruhiyyəsi yaratdı. Düşmən onu da gördü ki, Azərbaycan Ordusunun generalları və zabitləri öz əsgərləri ilə çiyin-çiyinə döyüşür, onları ruhlandırır və şəxsi nümunə göstərirlər. Əsgər valideynləri fəxr edirdilər ki, onların övladları Vətən, torpaq uğrunda döyüşür, düşməndən şəhidlərimizin qisasını alırlar.  
Daha sonra söz Şəhər Mədəniyyət evinin  bədii rəhbəri  Əliyeva Gülşənə verildi. O, bildirdi ki, Tovuz döyüşləri Ermənistanın hərbi gücsüzlüyünü, onun geosiyasi nüfuzunun zəifliyini və Azərbaycan Ordusu qarşısında məğlub olacağını bir daha göstərmiş oldu. Bütün bunlar xalqımızın döyüş ruhunun nə qədər yüksək olduğunu nümayiş etdirdi. Bu isə sonda  mənfur düşmən üzərində qazanılacaq böyük qələbəmizin addım səsləri idi...
Bəli, ordumuzun şanlı Aprel, Tovuz döyüşləri, uğurlu Günnüt əməliyyatı Azərbaycanın Vətən müharibəsində qazanmış olduğu Böyük Zəfərin ilk qığılcımla

 

73 KB