13.07.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 13.07.22-ci il tarixində Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin Danışılmamış nağıllar kitabından “Mirvarid Dilbazi -uşaqların nağıl dünyasında” adlı nağıl saatı keçirildi. Şöbənin müdiri Ellada Rəhimova uşaqları şairənin, xalqımızın mənəvi sərvətinə çevrilmiş nağılları ilə tanış etdi. Oxucular kitabdan “Yaz”, “Çiçək ətri”, “Analar və balalar”, “Rəssam günəş” və s. nağılları oxudular və müzakirə etdilər. Maraqlı keçən tədbirdə uşaqlar həmçinin əsərləri ilə xalqın ürəyinə yol tapmış incə ruhlu, zərif təbiətə malik olan Mirvarid Dilbazinin uşaqlar üçün yazdığı hekayələri, vətənə, torpağa, təbiətə həsr olunmuş şerləri ilə də tanış oldular.