Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı  dəyirmi masa keçirilib

13.07.2022

Gəncə Regional Mədəniyyət İdarəsi  Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı filialı 13.07.2022-ci il tarixində “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı  dəyirmi masa   keçirdi.  Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.  MKS-nin 19 saylı kitabxana filialının  müdiri Elza Əliyeva  tədbiri açıq elan edərək  “Azərbaycan əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin  formalaşdığı, ayrı-ayrı millətlərin sülh şəraitində yaşadığı diyardır”, Göygöl rayon 8 Mart adına orta məktəbin Azərbaycan dili-ədəbiyyat müəlliməsi Validə Hüseynova  “Azərbaycan xalqının zəngin multikultural keçmişi”, Gəncə şəhər Aşıq Ələsgər adına 36 saylı tam orta məktəbin   tarix müəllimi  Sadıqov Sədir  “Azərbaycan Cəmiyyətində multikulturalizmin əhəmiyyəti, dünyaya örnək tolerantlıq modeli”, Gəncə şəhər Tibb Kollecinin müəlliməsi həkim Zarema Hüseynova “Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır”, kitabxananın oxucularından Əfsanə Vəliyeva “Tolerantlığın və multikulturalizmin humanizm və ümumbəşəri dəyərlərdən qaynaqlanması”, Yusif Mustafayev “Azərbaycan dünyada təkcə neft və qaz deyil, həm də tolerantlıq və multikulturalizm dəyələri ixrac edən ölkə kimi tanınır”,Elvin Kərimov “Tolerantlığın və multikulturalizmin Azərbaycan modelinin yaranması tarixi”, Zəhra Xəlilova “Müasir gənclərin dəyərləri- ənənələr, tolerantlıq və multikulturalizm”,  Könül Zakirova “Tolerantlığın Azərbaycan modeli” başlığı altında çıxışlar etdilər.

 

89.8 KB

 

89.9 KB