Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Hansı tarixi qəhrəmanları tanıyırsınız?” adlı sual- cavab gecəsi təşkil olunub

13.07.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 08.07.22-ci il tarixində “Hansı tarixi qəhrəmanları tanıyırsınız?” adlı sual- cavab gecəsi təşkil olundu.Tədbiri şöbənin kitabxanaçısı Nərmin Qasımova apararaq bildirdi ki, hər bir xalqın tarixində zaman-zaman tarixi şəxsiyyətlər olmuş və onlar öz əməlləri ilə yadda qalaraq unudulmamışlar. Təbiətin yetişdirdiyi bu  nadir adamlar irəlini görərək, zəmanəsini qabaqlayan nadir şəxsiyyətlər idi. Onların əsas amalı xalqının rifahı və azadlığı olmuşdur. Sual-cavab gecəsində oxucular iki qrupa bölünərək tanıdıqları tarixi qəhrəmanlar haqqında olan bilıklərini başqa iştirakçılarla bölüşdülər. Maraqlı gedən tədbirdə uşaqlar tarixdə müstəsna xidmətər göstərən Atropat, Tomris, Cavanşir, Babək, Şah İsmayıl Xətai və s. qəhrəmanlar haqqında yeni biliklər əldə etdilər və kitabxananın fondunda olan həmin qəhrəmanlardan bəhs edən kitablarla tanış oldular.  Tədbirin sonunda qeyd olundu ki,fəxr edib, öyündüyümüz bu tarixi şəxsiyyətlərin keçdiyi həyat yolu bizim hər birimiz üçün bir nümunə və məktəbdir.

 

203.7 KB

 

173.4 KB