13.07.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illiyi ilə əlaqədar görkəmli yazarın məşhur komediyalarından olan “Sərgüzəşti-mərdi xəsis” (Hacı Qara) əsərinin təqdimatını keçirtdi. Tədbiri 15 saylı filialın müdir əvəzi Şəhla İlyasova apardı. Qeyd etdi ki, bu günki tədbirimiz öncədən elan olunduğu kimi Azərbaycan dramaturgiyasının banisi, filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illiyi ilə əlaqədardı. Sonra görkəmli yazarın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi. Və “Hekayəti-molla İbrahimxəlil kimyagər”, “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur”, “Hekayəti-xırsi quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə vəkillərinin hekayəti” kimi məşhur komediyalarının yer aldığı M.F.Axundzadənin “Əsərləri” kitabının I cildini onlara təqdim etdi. Sonra görkəmli yazarın “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)” əsərinin əsas ideyası, məşhur komediyanın obrazları və ustalıqla qələmə alınmış komik səhnələrdən danışdı. Tədbirdə iştirak edən M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin İbtidai sinif müəllimi Gülnar Kərimova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Aytəkin müəllimə çıxış edərək belə bir əsərin məktəblilər üçün tövsiyyə olunmasını yüksək qiymətləndirdilər. Məktəblilər də onları maraqlandıran müxtəlif suallarla tədbir aparıcısına müraciət etdilər. Filialın müdir əvəzi Şəhla İlyasova onların suallarını həvəslə cavablandırdı. Xüsusi olaraq vurğuladı ki, belə tədbirləri keçirtməkdə məqsədimiz klassik Azərbaycan ədəbiyyatı və dünya ədəbiyyatı nümunələri ilə sizləri tanış etmək, onları sizə sevdirmək və siz məktəblilərin bədii zövqünün düzgün formalaşdırılmasına çalışmaqdır. Tədbir iştirakçılarından M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin şagirdləri Nail Əliyev, Ülvi Cəfərov, Gülnar Mehdiyeva da çıxış edərək ən son oxuduqları əsərlər haqqında danışdılar və təqdim olunan belə bir maraqlı əsəri də məmnuniyyətlə oxuyacaqlarını bildirdilər. Sonda filialın müdir əvəzi Şəhla İlyasova bütün tədbir iştirakçılarına öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.