Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan xalq nağılları

15.05.2018

15.05.2018-ci il tarixdə Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Azərbaycan xalq nağıllarından ibarət “Tülkü,tülkü,tünbəki”,”Mərdlə Namərdin nağılı”,Cırtdanın kələyi”,”Sarıcanın sərgüzəştləri” nağıllarından ibarət nağıl saatı keçirdi.

MKS-in 15 saylı kitabxana filialının böyük kitabxanaçısı Səkinə Tahirova hər bir nağılın qəhrəmanları haqqında uşaqlara geniş məlumat verdi və uşaqların nağıl qəhrəmanları haqqında verdiyi sualları ətraflı cavablandırdı.

MKS-in 15 saylı kitabxana filialının təşkil etdiyi nağıl saatı 32 saylı uşaq bağçasının uşaqları tərəfindən rəğbətlə qarşılandı.