11.07.2022
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, teatr sektorunun müdiri Könül Cəfərova, teatrşünas Vəfa Mühacirova və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov 8 iyul 2022-ci il tarixində Gəncə Dövlət Dram Teatrında Con Patrikin "Qəribə missis Sevic" tamaşasına baxış keçiriblər.
Qeyd edək ki, tamaşa Gəncə Dövlət Dram Teatrın yeni binasında nümayiş olunub. Səhnə əsərinin quruluşu Teatrın Baş rejissoru Elşad Əhmədova məxsusdur. Tamaşanın rəssamı Mirzə Mehdi Hüseyn, musiqi tərtibatı Sevda Əliyevanındır.
Əsas rollarda Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Rahilə Məmmədova, Sevda Orucova, Ramiz Vəliyev, Kəmalə Məmmədova , aktyorlar - Ruslan Hüseynov, Elmir Məmmədov, Samir Abbasov, Sevinc Hüseynova, Rauf Hüseynov çıxış ediblər.