Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“12 iyul Tovuz döyüşləri” mövzusunda tədbir keçirilib

08.07.2022

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı Tovuz döyüşləri ilə əlaqədar “12 iyul Tovuz döyüşləri” mövzusunda tədbir keçirib. Tədbirdə Gəncə Dövlət Universitetinin tələbələri iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Arif Marifli öz çıxışında bildirib ki, Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə Tovuz döyüşləri qızıl hərflərlə yazıldı. Bu döyüşlərdə ordumuzun qələbəsindən artıq iki il ötür. 2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alındı. Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu. Döyüşlər bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almaqda çətinlik çəkmir. Həmin günlər Azərbaycan xalqı ayaqda idi, hər kəs döyüşmək, işğal altında olan torpaqlarımızı azad etmək üçün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Tovuz döyüşləri Azərbaycanın hərbi qələbəsi ilə bərabər, onun geosiyasi üstünlüyünü də açıq şəkildə göstərdi. Ordumuzun şanlı Aprel, Tovuz döyüşləri, uğurlu Günnüt əməliyyatı Azərbaycanın Vətən müharibəsində qazanmış olduğu Böyük Zəfərin ilk qığılcımları idi!

Mərkəzin fondunun baş mühafizi İlknur İsgəndərova, elmi işçisi Gülər Ellazova, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının kitabxanaçısı Tünzalə İsmayılova və Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin Yeni Azərbaycan Partiyası üzrə təşkilat sədri Vüsalə İsayeva öz çıxışlarında qeyd ediblər ki, Tovuz döyüşləri Azərbaycanın hərbi tarixinə zəfər döyüşü kimi daxil olub. Düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı, müddətdən artıq hərbi xidmət qulluqçuları Elçin Mustafazadə, Nazim İsmayılov, Vüqar Sadıqov, baş leytenant Rəşad Mahmudov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəlib. Döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verib. Bu gün bütün dünya bilir ki, nəinki Cənubi Qafqazda, hətta MDB məkanında sürətli iqtisadi-sosial inkişafa malik olan Azərbaycan qısa müddətdə müdafiəsini və təhlükəsizliyini təmin edə biləcək güclü hərbi potensial yaratmaqla qüdrətli ordu sahibinə çevrilib. Tədbirdə vurğulandı ki,gənclərin vətənpərvər mövzusunda olan tədbirlərdə iştiraki çox vacib və səmərəlidir, onlar Vətənimiz uğrunda Şəhid olan qəhrəmanlarımızı heç bir zaman unutmamalıdırlar!

 

337.9 KB

 

385.7 KB