08.07.2022
08.07.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbi görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyi ilə bağlı konsert proqramını təqdim etmişlər.
Konserdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, mədəniyyət, incəsənət işçiləri və digər qonaqlar iştirak etmişlər.
İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirin aparıcısı bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığı haqqında məlumat vermişdir.
Sonra məktəbin xor kollektivinin ifasında "Odlar ölkəsi", "Reyhan", "Simayi-Şəms" ansamblının ifasında bəstəkarın əsərlərindən ibarət kompozisiya, "Aslanın mahnısı", "Böyük dayaq" filmindən Aşıq Əkbərin "Mirzəcanı" aşıq havası, "Lirik mahnı", "Gülüm" romansı, "Sevgi rəqsi", "Azərbaycan elləri" əsərlərini təqdim etmişdir.