Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ey Əziz Anam Azərbaycan” adlı solo konsert keçirilib

08.07.2022

31 may 2022-ci il tarixində Gəncə Dövlət Filarmoniyasının Kamera orkestrinin solisti, opera, estrada müğənnisi Vasif Bayramovun "Ey Əziz Anam Azərbaycan" adlı solo konserti keçirilmişdir. Moskvada yerləşən MDB Mədəniyyət fondunun rəhbərliyi, MDB simfonik orkestrinin müşayiəti, Rusiya Federasiyasının Xalq artisti, dirijor Serqey İvanoviçin bədii rəhbərliyi ilə 1-2 iyul 2022-ci il tarixində Qırğızıstanın Karakol şəhərinin 2022-ci il MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi ilə əlaqədar Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı və Qırğızıstan Dövlət Televiziyasının çəkilişi ilə Karakol şəhər stadionunda, MDB simfonik orkestrinin müşayiəti ilə, Müslüm Maqomayevin "Azərbaycan" əsərini oxuyaraq Azərbaycan musiqisini, mədəniyyətini, incəsənətini Gəncə Dövlət Filarmoniyasının Kamera orkestrinin solisti Vasif Məhəmməd oğlu Bayramov təbliğ etmişdir.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Gəncə Dövlət Filarmoniyasının solisti Vasif Bayramovla görüş keçirmişdir.

 

74.4 KB

 

53.6 KB