07.07.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 06.07.2022-ci il tarixdə "Nənəmin nağıl boğçasından" başlığı altında Azərbaycan xalq nağıllarından ibarət növbəti nağıl saatı keçirdi.Kitabxanaçı Mələknaz Həsənpur kiçik yaşlı oxucular üçün "Çil madyan", "Mərdlə Namərdin nağılı", "Uçan xalça" nağılları ifadəli şəkildə oxudu.Sonra kitabxanaçı nağılda baş vermiş hadisələr ətrafında oxucularla sual-cavab apardı.Oxucular nağılla bağlı fikirlərini bölüşdülər.Onların nağılda yeni rast gəldikləri sözlər kitabxanaçı tərəfindən geniş şəkildə izah olundu.Nağıl saatı kiçik yaşlı oxucuların marağına səbəb oldu.