07.07.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 06.07.22-ci il tarixində “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək” adlı söhbət keçirildi. Tədbiri şöbənin müdiri Ellada Rəhimova apararaq qeyd etdi ki, hər kəs öz təhlükəsizliyini qorumaq üçün yol hərəkəti qaydalarını bilməli və ona əməl etməlidir.Hər hansı diqqətsizlik, səhv hərəkət xəsarət almağımıza, xoşagəlməz hallarla üzləşməyimizə səbəb ola bilər. Söhbətdə həmçinin uşaqlara yol hərəkəti qaydalarından, yeraltı və yerüstü piyada keçidlərindən nə zaman və necə istifadə edilməsindən, eləcədə nəqliyyatda davranış qaydalarından söhbət açıldı. Tədbirdə həmçinin yol hərəkəti nişanlarından və işıqforun həyatımızdakı vacibliyindən də məlumat verildi.Uşaqlar tədbirdə aktivlik göstərərək yol hərəkəti qaydaları haqqında bildiklərini söylədilər.Tədbiri keçirtməkdə əsas məqsədimiz uşaq və yeniyetmələrə yolda təhlükəsiz davranış vərdişlərini aşılamaq, maarifləndirmək və onları yol hərəkəti qaydalarından düzgün və təhlükəsiz əməl etməyə çağırmaqdır.