Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“44 gün - Tarixi zəfər” adlı üçcildliyin təqdimat mərasimi keçirilib

06.07.2022

6 iyul 2022-ci il tarixində Mədəniyyət Nazirliyi Respublika “Xatirə Kitabı" redaksiyası Gəncə şəhər Dövlət Filarmoniyasının binasında Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün “44 gün - Tarixi zəfər” adlı üçcildliyin ("A-Ə” hərfləri üzrə) birinci cildinin növbəti təqdimat mərasimi keçirildi.

Mərasimdə Gəncə və Naftalan şəhərlərindən, Goranboy, Xocalı, Göygöl, Daşkəsən, Samux və Kəlbəcər rayonlarından olan şəhid ailələri dəvət olunmuşlar.

Mərasimdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, teatrşünas, tənqidçi Anar Bürcəliyev və kitabın təsisçisi və baş redaktoru Nəzakət Məmmədli çıxış etmişlər.

Tədbir boyu şəhid ailələrinə “44 gün-Tarixi zəfər” adlı üçcildliyin birinci cildinin təqdim olunmuşdur.

Məlumat üçün bildirik ki, kitabın birinci cildində min nəfərə yaxın döyüşçü - Aprel döyüşlərində və Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib (digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəli cildlər üzərində işlər görülür).

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı insan resurslarını əbədiləşdirən tarixi sənəddir; bu kitabda İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi. Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, ilkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız. Milli Qəhrəmanlarımı/ haqqında əhatəli materiallar dərc edilir. Bütünlükdə bu şəxslərin adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı redaksiyasının ümdə işidir və redaksiya hazırda da bu istiqamətdə araşdırma işlərini davam etdirməkdədir.

Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, «Heç kim unudulmur, heç nə yaddan çıxmır!».

 

76.5 KB

 

76 KB

 

42.7 KB