Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ekologiya, ətraf mühit və insan” başlıqlı onlayn tədbir keçirilib

06.07.2022

Gəncə şəhər Mərzşdirilmiş Kitabxana Sisteminin 24 saylı  kitabxana filialı  5.07.2022-ci il tarixdə yay mövsümü ilə əlaqədar  Ətraf Mühitin Mühafizəsi ilə bağlı "Ekologiya, ətraf mühit və insan" başlıqlı onlayn tədbir keçirdi. Tədbirdə kitabxana filialının müdiri Rahilə Qasımova  Ətraf  Mühitin Mühafizəsinin nə qədər önəmli olması haqqında məlumat  verdi: XX əsrin sonlarından  başlayan  elmi-texniki tərəqqinin, sənayenin sürətli inkişafının ətraf mühitə öz  mənfi nəticələrini göstərməyə başlayıb. Ətraf  mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından,  yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi,  onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanması məqsədi ilə  dünyanın bütün sakinləri bu işdə fəallıq göstərməli, qoyulmuş qanun və qaydalara əməl etmələri vacibdir. Mövzu haqqında daha ətraflı maarifləndirici söhbət aparmaq üçün  10 saylı Regional və Təbii Sərvətlər  İdarəsi Ətraf Mühit üzrə məsləhətçi Zinyət Qurbanova tədbirə dəvət edilmişdir. Zinyət Qurbanova   ətraf mühitin mühafizəsinin bir başa ekologiya  ilə əlaqəli olduğunu vurğuladı. Məsləhətçi  həmçinin Azərbaycan Respublikasının qanunları haqqında da məlumat verdi və söylədi ki, hər bir vətəndaş bu qanunlara əməl etməyə borcludurlar. Hər il ölkəmizdə keçirilən ağac əkmə tədbirlərinin ekologiyamız üçün çox böyük önəmi var. Ətraf mühitin insanlar tərəfindən  çirklənməsi və yaşıllıqların  məhv edilməsi  ekologiyamızın  zəhərlənməsi üçün çox böyük həyacan təbilidir. Ölkəmiz  müstəqillik  qazandıqdan sonra  bir çox  beynəlxalq konversiyalara qoşulmuşdur. Konversiyanın  tələblərinə uyğun olaraq dövlətimiz götürdüyü öhdəlikləri və düzgün ekoloji siyasətin yürüdülməsi üçün köklü dəyişikliklər etmişdir. Tədbirdə ölkəmizdə salınmış milli 
parklar, süni göllər və oradakı fauna və flora haqqında danışıldı. Tədbirdə  torpaqlarımız işğal altında olduğu müddətdə düşmənlərimizin ekologiyamıza vurduqları boyük ziyanlardan, yeraltı və yerüstü sərvətlərimizin talan edilməsindən və bu gün o torpaqlarda aparılan quruculuq və bərpa işlərindən də söhbət açıldı. 
Tədbirdə YB üzvü Gəncə YB  baş məsləhətçisi şairə, dramaturq Aləmzər Əlizadə  təbiətə həsr etdiyi şeirlərini söylədi. Bu şeirlərimlə uşaqlara vətənimizi onun təbiətini sevməyi, fauna və florasına hörmətlə yanaşmağı öyrətməyə çalışmışam. 
Tədbirdə  təbiətimizə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Sonda  Zinyət Qurbanova oxucuların ekologiya ilə bağlı bir çox maraqlı suallarını cavablandırdı və tədbirdə kitabxananın fəal oxucuları iştirak etdilər.

 

1.3 MB