05.07.2022
Goranboy rayon Dövlət Rəsm Qalereyasında "Narkotikə yox deyək" mövzusunda tədbir keçirilmişdir. Qalereyanın direktoru Çinarə Abdullazadə məlumat verərək bildirmişdir ki Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Narkomanlığın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir.
26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə bağlı Narkomanlığa və narkotik vasitələrin qanunsuz mübarizə üzrə şəhər, rayon komissiyaları tərəfindən hazırda bir sıra kütləvi maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir.