Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qəlblərdə yaşayan gəncəli qəhrəman- İlqar Bürcəliyev” başlığı altında söhbət keçirilib

05.07.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialı 5.07.2022- ci il tarixində "Qəlblərdə yaşayan gəncəli qəhrəman- İlqar Bürcəliyev" başlığı altında söhbət keçirdi.Tədbiri giriş sözü ilə kitabxanaçı Aidə Abdullayeva açıq elan etdi və bir dəqiqəlik sükutla bütün şəhidlərin əziz ruhu yad edildi.Sonra o bildirdi ki, İlqar Bürcəliyev  2001- ci ildə mart ayının 11- də Moskva şəhərində doğulmuşdur.O ilk təhsilini Bakıda , sonra isə  2016- 2018- ci illərdə Gəncə şəhərinin 38 nömrəli məktəbində almışdır.İlqar 2017- ci ildən futbol üzrə Azərbaycan yığma komandasının heyətində çıxış etmişdir. O gözəl futbolçu idi. "Kəpəz","Zirə" futbol klublarında da oynamışdır və bir neçə dəfə Respublika çempionatlarında iştirak etmişdir.İlqar 2019-cu il iyun ayında həqiqi hərbi xidmətə çağrılır.O 2020- ci il sentyabrın 27- də  Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanan Vətən müharibəsinə qoşulur.O şəhid olana qədər döyüş meydanından yaralı dostlarını xilas etmişdir.İlqar sentyabrın 28-i Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə snayperlə yaralanır, qanaxmadan dünyasını dəyişir.Vətənpərvər şəhidimizin ata- anasına son messajı bu olmuşdur: "Özünüzdən muğayat olun, haqqınızı halal edin".O Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.Ölümündən sonra Ali Baş komandan, prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Laçının azad edilməsi uğrunda" medalları ilə təltif olunmuşdur.Bizə  qələbəni yaşadan, Qarabağımızı yenidən qaytaran igidlərimizə hər zaman minnətdar olub, onlarla qürur duyacağıq.

 

137.4 KB