Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yaşlı nəslin təcrübəsındən faydalanaq

15.05.2018

15.05.18 - ci il tarixdə MKS - nin 7saylı kitabxana filialında 15 may - Beynəlxalq Ailə Günü münasibətilə “ Yaşlı nəslin təcrübəsindən faydalanaq ”adlı görüş keçirildi. Görüşə uzunömürlü və nümunəvi ailəsi olan ailə oxucularımız dəvət olunmuşdu. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Natella Hacıyeva açaraq , əlamətdar günün tarixindən, ölkəmizdə ailə dəyərlərinə verilən qiymətdən danışdı. Diskussiya ilə davam edən tədbirdə bildirildi ki, möhkəm ailəyə sahib olmaq üçün ağıl, tərbiyə və əxlaq böyük önəm daşıyır. Sonra nümunəvi ailələrin nümayəndələri öz ailə dəyərləri ilə bağlı fikirlərini bölüşdülər və kitabxananın əməkdaşlarına bu dəvət üçün təşəkkür etdilər. Tədbirin sonunda uzunömürlü ailələrin üzvlərinə xatirə hədiyyəsi olaraq kitablar təqdim olundu.