05.07.2022
05.07 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin filialının F.Əmirov Gəncə Dövlət Filarmoniyasında Azərbaycanın estrada musiqisinin banisi, dahi bəstəkar, pedaqoq Rauf Hacıyevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirildi.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, uşaq musiqi, incəsənət məktəblərinin rəhbərləri və digər qonaqlar iştirak etmişlər.
Tədbiri bəstəkarın "Ordan burdan" operettasından müqəddiməsi ilə başladı.
Sonra bəstəkarın yaradıcılığından bir çox musiqi nömrələri ifa olundu.
Sonda Azərbaycan Xalq mahnısı "Sarı gəlin" kompozisiyası ifa olundu. Tədbirdə solo ansambl xor və rəqs nömrələri ifa olundu.
Tədbirdən sonra Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov öz təəssüratlarını bölüşdü.