05.07.2022
05.07.2022-ci il tarixində Gəncə Dövlət Kukla Teatrı Xalq şairi Rəsul Rzanın “Ana Qaz” şeiri əsasında eyni adlı yeni tamaşanın ictimai baxışını keçirmişdir.
Tamaşada Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, idarənin məsləhətçiləri, uşaq musiqi məktəblərinin və digər mədəniyyət müəssisələrinin rəhbərləri, şəhərin balaca sakinləri və sair iştirak etmişlər.
Gəncə Dövlət Kukla Teatrının direktoru Əməkdar artist Fərmayıl Paşayev çıxış edərək tamaşaya gələnləri salamlayaraq, tamaşa barədə məlumat verdi.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükütla yad olundu.
Sonra Xalq şairi Rəsul Rzanın “Ana Qaz” şeiri əsasında hazırlanmış eyni adlı tamaşa təqdim olundu. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı II Qarabağ Vətən müharibəsinin qazisi, Prezident mükafatçısı Şamil Məmmədli, xoreoqraf, teatrın direktoru, Əməkdar artist Fərmail Paşayev, quruluşçu rəssam Məmməd Hacıyevdir.
Tamaşada Ana Qaz rolunu teatrın aktrisası Zülfiyyə Əliyeva, Qaz balalarını isə Şamil Məmmədli, Yeganə Məmmədova, Nərmin Şərifova, Məhəmməd Hacıyev və Fəxri mədəniyyət işçiləri: Nahidə Namazova, Səməd Xanəhmədov, Elmar Vəliyev ifa etmişlər.
Tamaşanın rəssamı Məhəmməd Hacıyevdir.
Tamaşanı Anar Əsgərov idarə etmişdir.
“Ana Qaz” tamaşasının sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov bu maraqlı əsərin səhnə həlli üçün teatrın bütün yaradıcı kollektivinə öz səmimi minnətdarlığını bildirdi və kollektivə uğurlar arzu etdi.
“Ana Qaz” tamaşası Gəncənin balaca tamaşaçıları tərəfindən maraqla qarşılandı.