04.07.2022
04.07.2022- ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemininin 11 saylı kitabxana filialında İnsan hüquqlarının müdafiəsi ilə bağlı “Hüquqlarımızı bilirikmi?!“ adlı söhbət keçirildi.
Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açaraq insan hüquqları haqqında ətraflı məlumat verdi.
Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. İstinasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir.
BMT tərəfindən ayrı-ayrı hüquqlar və ya qruplarla əlaqədar yeddi müqavilə qəbul olunmuşdur. Müxtəlif hüquqlar və ya qruplarla bağlı fikirlər irəli sürülmüşdür. Məsələn, uşaqlar üçün uşaq hüquqları, bütün insan hüquqları uşaqlar və gənclərə tətbiq olunsa da, uşaqlar həmin ümumi hüquqlardan bərabər əsasda faydalana bilmirlər və onların spesifik əlavə müdafiəyə ehtiyacları var. Uşaqların da insan hüquqlarına malik olduğunu və 18 yaşdan aşağı insanların tam inkişaf etməsi, həyatda qalması və onların maraqlarına hörmətlə yanaşılması üçün xüsusi müdafiənin təmin olunmasına ehtiyac olduğunu müəyyən edir.
Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan hökuməti tərəfindən mühüm işlər görülmüşdür. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı güclü qanunvericilik bazası mövcuddur.Keçən il “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi qəbul olunub. Bu da bizim bir uğurumuzdur.
Sonra isə mövzu ətrafında tədbirdə iştirak edən şagirdlər ilə birlikdə söhbət şəklində müzakirələr aparıldı.
Tədbirdə 37 nömrəli tam orta məktəbin 6,7,8 ci sinif şagirdləri və kitabxananın fəal oxucuları iştirak etdi.