Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bunları bilmək maraqlıdır“,“Hər suala bir cavab“,“Yeni uşaq ensiklopediası“,“Uşaq ensiklopediyası“,“Mənim ilk ensiklopediyam“ və“777 Sual“ kitablarının xulasəsi keçirilib

04.07.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 04.07.22-ci il tarixində ”Bunları bilmək maraqlıdır“,“Hər suala bir cavab“,“Yeni uşaq ensiklopediası“,“Uşaq ensiklopediyası“,“Mənim ilk ensiklopediyam“  və“777 Sual“ kitablarının xulasəsi keçirildi. Şöbənin müdiri Ellada Rəhimova ilk növbədə iştirakçılara yay tətilini səmərəli keçirmələrini ,kitab oxumağı və mütaliə etməyi tövsiyə etdi. Qeyd etdi ki, kitab oxumaq insan həyatının inkişafında əsas amillərindən biridır. Kitab bizim hər birimizin ən yaxın dostu və sirdaşıdır.Çünki axtardığımız bütün suallara biz elə kitablardan cavab tapırıq. Sonra adı çəkilən ensiklopediyaları xulasə edərək bildirdi ki, tükənməz xəzinə sayılaraq yüzlərlə suallara cavab verən bu kitablarda ən qədim dövrdən indiyə kimi kainat, tarix, cografiya, təbiət, ədəbiyyat, elm, mədəniyyət, incəsənət xadimlərinin dəyərli fikirləri, xalqlar və ölkələr, gözəl yurdumuz, eləcədə, dünyada baş vermiş ən maraqlı hadisələr haqqında yığcam ensiklopedik məlumatlar toplanmışdır. Sonda iştirakçılar kitablarla yaxından tanış oldular. Onlara maraqlı gələn bir çox məlumatları oxuyaraq öz fikirlərini bildirdilər. Tədbiri keçirtməkdə əsas məqsədimiz uşaqların, yeniyetmələrin dünyagörüşünü, biliyini artırmaq və mütaliəyə sövq etməkdir.

 

81 KB