Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bunları oxumaq maraqlıdır” başlığı altında mütaliə günü təşkil edilib

04.07.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Məktəblilərin yay tətili günlərinin səmərəli keçirilməsi və kitabxanaya yeni oxucuların cəlb edilməsi məqsədilə “Bunları oxumaq maraqlıdır” başlığı altında mütaliə günü təşkil etdi. Tədbiri 15 saylı filialın kitabxanaçısı Sulaxbin-Elçi Aygün apardı. Kitabxanaçı ilk öncə uşaqların maraq dairəsini müəyyənləşdirmək üçün onlarla sual-cavab etdi. Sonra “Bunları oxumaq maraqlıdır” başlığı altında təşkil etdiyi sərgini onlara təqdim etdi. Onlarla həm Azərbaycan ədəbiyyatı, həm də xarici ədəbiyyat nümunələrinin yer aldığı sərgi məktəblilərin marağına səbəb oldu. N.Gəncəvinin “Nuşirəvanla vəziri və bayquşların söhbəti”, “Türkistan gözəlinin hekayəti”, X.Əlibəylinin “Ağ çəmən”, A.Korlyukeviçin “Dələ inşa yazır”, E.Mejeloytisin “Dovşan-oğlan”, Ş.Perronun “Çəkməli pişik” və sair uşaq ədəbiyyatı nümunələrini uşaqlar həvəslə əldə edib, açıq havada mütaliə etdilər. Onları maraqlandıran müxtəlif suallarla kitabxanaçıya müraciət etdilər. Kitabxanaçı da onların suallarını həvəslə cavablandırdı. Sonda filialın kitabxanaçısı Sulaxbin-Elçi Aygün uşaqlara öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.

 

406 KB

 

445.1 KB