Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tağı Simürğ 130” başlıqlı söhbət keçirilib

04.07.2022

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı filialı Azərbaycan ədəbiyyatında kiçik hekayələr  müəllifi kimi tanınan Tağı Şahbazi Simurgün anadan olmasının 130 illiyinə həsr olunmuş "Tağı Simürğ 130" başlıqlı söhbət keçirtdi. Tədbirdə filialın kitabxanaçısı Mehriban Məmmədzadə yazıçının həyat və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verdi:  Taği Simürğ iyulun 2-si 1892-ci ildə Bakıda anadan olmuşdur. O, ədəbiyyat tariximizdə kiçik, realist hekayələri ilə tanınır. Bədii yaradıcılığa inqilabdan əvvəl başlamışdır. Əsərlərində yeni həyat quruculuğu, qadın azadlığı mövzuları əsas yer tutur. Bunlardan " Haqsızlıq dünyası", "Azadlıq üçün cinayət" və s. hekayələrində öz əksini tapmışdır.  Tağı Şahbazi  1938ci il yanvarın 2- də Bakı şəhərində  vəfat etmişdir. Sonda  kitabxananın fəal oxucuları olan uşaqlar yazıçı haqqında  suallar səsləndirdilər və  hekayələri ilə tanış oldular.

 

167.8 KB