Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müasir uşaq yazıçısı Gülzar İbrahimovanın ”Göy qurşağı qardaşlarının yeddi nağılı” əsərinin müzakirəsini keçirilib

02.07.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı müasir uşaq yazıçısı Gülzar İbrahimovanın "Göy qurşağı qardaşlarının yeddi nağılı" əsərinin müzakirəsini keçirdi. Böyük kitabxanaçı Günel Əliyeva oxuculara müəllif haqqında məlumat verdi.Bildirdi ki, Gülzar İbrahimova uşaqlar üçün biri-birindən maraqlı  roman, povest, hekayə, nağıl, mənsur şeir, miniatür, şer, təmsil, tapmaca, yumoristik hekayə və bir çox səpgidə yazılar yazaraq uğurlu nəticələr əldə etmişdir.
Bir yazıçı kimi Azərbaycan balalarının maariflənməsi yolunda yorulmadan çalışır.Onun bütün əsərləri oxucular tərəfindən sevilərək mütaliə olunur.
Kitabxanaçı əsərin qısa məzmunu danışdıqdan sonra oxucularla əsərin müzakirəsini apardı.Hekayəni oxuyub, anlayan uşaqlar öz təfəkkürlərinə uyğun şəkildə  əsəri müzakirə etdilər. Oxucuları maraqlandıran suallar kitabxanaçı tərəfindən izahlı şəkildə cavablandırıldı.

 

99.3 KB

 

106 KB