Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarixi keçmişimizi yaşadan muzeylər”

18.05.2018

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Goranboy rayon Tarix-Diyarşunaslıq Muzeyində 18 May – Beynəlxalq Muzeylər günü münasibəti ilə “Tarixi keçmişimizi yaşadan muzeylər” adlı tədbir keçirildi.

Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüldü.

Sonra tədbir iştirakçıları üçün Heydər Əliyev Mərkəzində ekskursiya təşkil olundu. Daha sonra tədbir iştirakçıları Tarix-Diyarşunaslıq Muzeyinə gəldilər. Onlara 18 May – Beynəlxalq Muzeylər günün təsis edilmə tarixindən, əhəmiyyətindən ətraflı məlumat verildi.