Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əhməd Cavadın 130 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

02.07.2022

01.07. 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaraçinar kənd Mədəniyyət Evində Şəfəq kənd Mədəniyyət Evi, Şəfəq kənd və Qaraçinar kənd Kitabxana filiallarının təşəbbüsü  təşkilatçılığı ilə Azərbaycanın görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim, Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Yubley tədbirində Qaraçunar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, Mədəniyyət evləri və kitabxana filiallarının kollektivləri, Şəhid ailə üzvüləri,  Qazilər və məktəblilər iştirak etmişlər.

İlk öncə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhadətə yüksələn Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra sözləri Əhməd Cavada, musiqisi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə məxsus olan Azərbaycan Dövlət himni səsləndirildi.

Tədbirdə çıxış edən Kitabxana filiallarının direktorları ölkə rəhbəri İlham Əliyevin şair Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında sərəncamını diqqətə çatdırdı. 
Bildirdi ki, 2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən müvafiq sərəncama uyğun olaraq silsilə tədbirlər keçiriləcək. 
Azərbaycan xalqının müstəqillik ideallarına bütün ömrü boyu sadiq qalmış şair Əhməd Cavadın 130 illik yubiley tədbiri Goranboy rayon Qaraçinar Kəndində Mədəniyyət evində böyük təntənə ilə qeyd olundu.
Tədbir məktəblilərin hazırladıgı Əhməd Cavadın xatirəsinə həsr olunmuş şer parçaları və musiqilərlə davam etdirildi.

 

84.1 KB

 

81.9 KB