02.07.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 01.07.2022-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı Qənbərov Ramız Bulud oğlunun anadan olmasının 60 illiyi münasibətilə “Qısa,lakin şərəfli şəhid ömrü” adlı xatirə saatı keçirdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan edərək Azərbaycanın Milli Qəhrəmanı Qənbərov Ramız Bulud oğlunun həyat yolundan və qəhrəmanlığından söz açdı. Təqaüdçü Azərbaycan dili ədəbiyyat müəlliməsi Validə Hüseynova “Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir “, MKS-nin 19 saylı kitabxana filialının fəal oxucularından Zeynəb Əliyeva “Şuşali qəhrəman” , Brilyant Əliyeva , “Şəhidlərə, onların ailələrinə xalqımızın diqqət və qayğısı “, Gəncə şəhər Tibb Kolleçinin müəlliməsi həkim Zarema Hüseynova Ulu öndər Heydər Əliyevin və hazırda onun yolunu şərəflə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin daima şəhidlərin xatirəsini əbədiləşdirmək, şəhid ailələrinə xüsusi qayğı göstərmək üçün çalışmasından danışdılar. Tədbirdə İşrirakşılardan Nuray Məmmədova , Hüseynov Fəqan, Hüseynova Fidan, Mehran, İnci, Nuray, Nuran Qəşəmlilər şəhidlər haqqında təqdimatlar ,şeirlər, söylədilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.