Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Əziz Şuşa,Sən azadsan”adlı tədbir keçirilib

02.07.2022

01.07.2022-ci il tarixində Naftalan şəhər Heydər Əliyev Mərkəzinin dəstəyi və Naftalan şəhər Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə "Şuşa ili" çərçivəsində "Əziz Şuşa, Sən azadsan" adlı tədbir keçirildi.

Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Naftalan şəhəri üzrə baş məsləhətçi Aqil Bayramov,  idarənin məsləhətçisi Tacir Qurbanov və digər əməkdaşlar, Naftalan şəhəri üzrə mədəniyyət təşkilatlarının rəhbərləri və işçiləri iştirak etdilər.

İlk öncə Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Almaz Əliyeva çıxış edərək tədbiri açıq elan etdi. Sonra məktəbin müəllimi Ceyhunə Tanrıverdiyeva mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğaldan azad edilməsinin Azərbaycanın tarixinə şanlı bir gün kimi yazılmasından, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2022-ci ili "Şuşa ili" elan etməklə gənc nəslə vətənpərvərlik, zəngin mədəni irsimizə bağlılıq hissinin aşılanması, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq nümunəsi göstərməsi və həmçinin Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq abidələrinin beynəlxalq aləmdə təbliğinin daha da genişləndirilməsinə əsas verməsindən bəhs etdi. Sonra məktəbin şagird və müəllimlərindən ibarət xor kollektivinin ifasında Üzeyir Hacıbəylinin "Azərbaycanın Dövlət Himni", "Leyli və Məcnun" operasının l pərdəsindən xor ("Şəbi-hicran"), "Arşın mal alan" operettasından qızların xoru, Aygün Səmədzadənin "Zəfər nəğməsi", şagird Tunar Əliyevin ifasında "Çırpınırdı Qara dəniz" mahnısı, oğlanlardan ibarət vokal qrupunun çıxışında "Əlimi bıçaq kəsibdir" xalq mahnısı, məktəbin müəllimləri Famil Həsənov və Ülviyyə Namazovanın ifasında Süleyman Ələsgərovun "İlk xatirələr"əsəri, müəllim Şahmar Həsənovun rəhbərliyi ilə "Misiri" sazcalanlar qrupunun ifasında "Misiri" aşıq havası, müəllim Səyyarə İsmayılovanın rəhbərlik etdiyi "Cəngi" qarmonçalanlar ansamblının ifasında "Cəngi" xalq rəqsi,  kapitan Vaqif Bayramov adına "Vətənpərvərlər" qrupunun çıxışı ilə səhnəcik, məktəbin xalq çalğı alətlərinin çıxışında Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından popurri, Süleyman Ələsgərovun "Bilsəm sən gəlirsən", muəllim İlqar Qasımovun ifasında "Qarabağ şikəstəsi", müəllim Qüdrət Mirzəyev və şagird Mənsur Əhmədovun skripkada ("Əsgərin  ariyası"), məktəbin bir qrup şagirdinin çıxışında Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasından səhnəcik tədbir iştirakçılarına təqdim olundu.

Tədbir Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun çıxışı ilə başa çatdı. 

Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkildi.

 

94.4 KB

 

70.7 KB

 

64.6 KB