Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şair, publisist, dramaturq Qərib Mehdinin ”Beş papaq” hekayələr toplusu kitabının təqdimatı keçirilib.

01.07.2022

   30.06.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi,  Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin təşkilatçılığı ilə Mərkəzi Kitabxananın oxu zalında nasir, şair, publisist, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar  jurnalist, 49 kitabın müəllifi Qərib Mehdinin “5 Papaq” kitabının təqdimatı keçirilib.

    Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, şair Xəzangül Hüseynova, Azərbaycan Jurnalistlər birliyi Gəncə şəhər təşkilatının sədri, “Gəncənin səsi” qəzetinnin baş redaktoru Rəfiqə Sadıqova, Filologiya elmləri doktoru, AMEA N.Gəncəvi adına Ədəbiyyat institu Ədəbi tənqid şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü Vaqif Yusifli, Filologiya elmləri doktoru, fəxri professor  Maqbet Əhmədov, Azərbaycan Milli Akademiyası Gəncə bölməsinin Filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, kitabın ön sözünün müəllifi, jurnalist Firəngiz İdrisqızı,Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  direktor əvəzi Fəridə Qədimova, Əməkdar mədəniyyət işçisi, şair Bəxtiyar Muradov, yazıçı İman Cəmil, şair, yazıçı-dramaturq Sahib İbrahimli, şairlərdən: Aydın Murovdağlı, Aləmzar Əlizadə, İnqilab İsaq, Fazil Sənan, Xasay Yusif, sərbəst müxbir Mahir İsayev, Almaz Yusifqızı, Qəribə Göyçəli, Valeh Bahaduroğlu, Zaur Quliyev, Gəncə Maarif Evinin rəhbəri İmamverdi Vəliyev və kitabxana işçiləri tədbirdə  iştirak edirdi.

    AYB-nin Gəncə Bölməsinin üzvlərinin və ziyalıların iştirak etdiyi tədbiri oxu zalının kitabxanaçısı Tərifə Abbasova açaraq, bildirib ki, Qərib Mehdinin papağa həsr olunan “5 papaq” adlı 49-cu kitabındakı  hekayələrdə türkçülük, azərbaycançılıq ovqatı üsütünlük təşkil edir. Yazıçı obrazların taleyini papaq obrazları ilə bir konteksdə götürmüşdür.

     Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Qərib Mehdinin yaradıcılığına nəzər salıb və ona yaradıcılıq uğurları arzulayıb. 

    Azərbaycan Jurnalistlər birliyi Gəncə şəhər təşkilatının sədri, “Gəncənin səsi” qəzetinnin baş redaktoru Rəfiqə Sadıqova qeyd edilmişdir ki, yazıçı hər zaman oxucuları ilə görüşə maraqlı bir üslubda, duyumda gəlməyi bacarır. Onun təqdimatında hər bir mövzu həyat həqiqətlərindən və ya gündəlik gördüyü hadisələrdən qaynaqlanır.

    Mərkəzləşdirilmiş Kitabxana Sisteninin direktor əvəzi Fəridə Qədimova bildirmişdir ki,

Qərib Mehdinin hekayələri ədəbi abidədir. Qədimova ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olan kəlağayı haqqında yazıçının kitab yazmasını arzulayıb.

    Əməkdar mədəniyyət işçisi, şair Bəxtiyar Muradov yazıçının yaradıcılıq məziyyətlərindən bəhs edib, yeni kitabı barədə öz fikirlərini bildirib.

   Tədbirdə çıxış edənlər yaradıcılığına nəzər salıb, yeni kitabı barədə öz fikirlərini bildiriblər və kitabın əhəmiyyətindən, millilik ruhundan bəhs etmişlər.

   Oxu zalınn kitabxanaçısı Tərifə Abbasova kitabın tərtibatı haqqında məlumat verərək qeyd etmişdir ki, yazıçının “5 papaq” adlı 49-cu kitabı qeyrət rəmzi olan papağa həsr olunmuşdur. Kitaba kiçik hekayələr daxil edilmişdir ki, bu hekayələr mövzu seçimi baxımından, məzmun, ideya etibarı ilə tamamilə fərqlidir, özünəməxsusdur, sanballı fikirlər cəhətindən həyatidir.

      Sonda Qərib Mehdi tədbir iştirakçılarının suallarını cavablandıraraq, tədbiri təşkil edənlərə, iştirakçılara, onun yaradıcılığı haqqında fikir söyləyənlərə dərin minnətdalığını bildirib.

     Müəllif iştirakçılara qeyrət rəmzi olan papağa həsr edilmiş “5 Papaq” kitabının yaranma tarixi haqqında məlumat verib. Tədbir iştirakçıları müəllifə suallar ünvanlayıblar. Tədbirin sonunda yazıçı kitabsevərlər üçün kitabını imzalayaraq hədiyyə edib.                                                                                                                                                                 

 

 

 

 

120.9 KB

 

72.7 KB

 

62.7 KB