Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bülbül adına 3 saylı Uşaq Musiqi Məktəbində ilin hesabat konserti keçirilib

01.07.2022

Gəncə Regional Mədəniyyət idarəsinin tabeliyində olan Bülbül adına 3 saylı Uşaq Musiqi Məktəbində ilin hesabat konserti keçirilmişdir. Konsertdən əvvəl şəhidlərimizin əziz xatirəsi yad edilmişdir.
Daha sonra məktəbin direktoru Svetlana Hüseynova məktəbdə bu tədris ilində yaradılmış şagirdlərdən ibarət xalq çalğı alətləri orkestrinin üzvlərinin hər birinə təşəkkürnamə təqdim etmisdir. Orkestrin dirijoru Gülər Məmmədovaya xüsusi minnətdarlıq bildirilmiş və təşəkkürnamə təqdim olunmuşdur. Bununla bərabər direktor həvəsləndirici onlin Beynəlxalq müsabiqələrin qaliblərinə də diplomları təntənəli şəkildə təqdim etmişdir.
Şəhər tədbirlərində fəal iştirak edən məktəbin nəfəsli alətlər orkestrinin üzvlərinə və orkestrin bədii rəhbəri Bağırov Nazim müəllimə də təşəkkürnamələr təqdim olunmuşdur.
Konsertin sonunda təqaüdə çıxan qarmon müəllimi Elman Məlikova  30 illik uğurlu müəllim fəaliyyətinə görə təşəkkürnamə təqdim olunmuşdur. 
 Konsertdə bütün şöbələrin qabaqcıl şagirdləri böyük həvəslə iştirak etmişdirlər.

 

118.7 KB

 

136.6 KB