Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Maarifçi realizmin banisi Mirzə Fətəli Axundzadə-210” başlığı altında sərgi keçirilib

30.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialı yazıçı-dramaturq,materialist filosof , ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illiyi ilə əlaqədsr "Maarifçi realizmin banisi Mirzə Fətəli Axundzadə-210" başlığı altında sərgi keçirdi.Tədbirdə kitabxanaçı Aidə Abdullayeva çıxış edərək bildirdi ki, Azərbaycan dramaturqu, maarifçi şair, materialist filosof və ictimai xadim Mirzə Fətəli Axundzadə 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur.O 1832-ci ildə onu ruhani görmək istəyən əmisi Axund Hacı Ələsgərlə birgə Gəncəyə gəlir.O burada dövrün şair və filosofu Mirzə Şəfi ilə görüşür.Bu görüş onu ruhani olmaq fikrindən döndərir və onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.O ilk əsərlərini "Səbuhi" təxəllüsü ilə yazmışdır.Çox zəngin yaradıcılığa malik olan Mirzə Fətəli "Müsyo Jordan və Dərviş Məstəli şah","Hekayəti Molla İbrahim-Xəlil kimyagər",  "Sərgüzəşti-vəziri -xani Lənkəran","Hekayəti Xırs Quldurbasan", "Sərgüzəşti-Mərdi-Xəsis" və s.kimi əsərləri yazmışdır.Dövrünün aktual məsələlərini gündəmə gətirən yazıçının əsərləri indi də səhnəmizdə oynanılmaqdadır.Yazıçı  1878-ci ildə vəfat etmiş və vəsiyyətinə görə müəllimi Mirzə Şəfi  Vazehin yanında dəfn olunmuşdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019- cu ildə 211 nömrəli Qərarına əsasən Mirzə Fətəli Axundzadə Azərbaycani Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.Kitabxanaçı Aidə Abdullayeva sərgidə nümayiş etdirilən ədəbiyyatla tədbir iştirakçılarını yaxından tanış etdi.

 

189.8 KB