18.05.2018
Gəncə şəhər Heydər Əliyev Mərkəzində 18 May – Beynəlxalq Muzeylər günü münasibəti ilə “Açıq qapı” aksiyası keçirildi. Aksiyada şəhər məktəbliləri iştirak etdilər. Məktəblilər üçün Muzey əməkdaşları tərəfindən 18 May – Beynəlxalq Muzeylər günü haqqında məlumat verildi. Qeyd olundu ki, bu əlamətdar gün YUNESKO-nun yanında Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis edilmişdir.
Respublikamızda 18 May – Beynəlxalq Muzeylər gününün geniş şəkildə qeyd olunmasından məqsəd muzeylərimizin cəmiyyətdə tutduğu rola diqqəti yönəltməkdir.
Sonra “Heydər Əliyev və Azərbaycan Muzeyləri” adlı dəyirmi masa və ekskursiya təşkil olundu.